Wildcard SSL Certificate nədir?
Wildcard SSL Wildcard SSL bir sertifikatla limitsiz sayda subdomain’ləri mühafizə etməyə imkan verir. Bu eyni domain’də mövcud olan çoxsaylı saytları idarə edən hamı üçün əla həlldir. Sertifikatın bir dəfəlik qiyməti gələcəkdə əlavə etmək istədiyiniz subdomain’lərin qiymətini əhatə edir.
Dəqiq və tam domain adı (məs.:www.yourdomain.com) üçün buraxılan standard SSL sertifikatlarından fərqli olaraq Wildcard SSL Sertifikatları *.yourdomain.com formasında buraxılır və ulduz işarəsi bütün mümkün subdomain’ləri göstərir.
Wildcard SSL DV və OV SSL sertifikatları üçün keçərlidir.